Həyat sığortası bazarında ödənişlər 8 dəfəyə yaxın artıb

Həyat sığortası bazarında ödənişlər 8 dəfəyə yaxın artıb
# 18 dekabr 2014 13:51 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanan sığorta haqlarının 24%-i və ya 91,75 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 27,9 mln. manat və ya 43,8% böyüyüb.

Həyat sığortası üzrə yığımların 53%-i və ya 48,6 mln. manatı həyatın yaşam sığortasının, 30%-i və ya 27,6 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,6%-i və ya 15,3 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 343 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin 11 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 26,8 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,7%-ni təşkil etməklə, 2013-cü ilin eyni dövrünə nisbətən 23 mln. manat və ya 7,6 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 87,8%-i və ya 23,6 mln. manatı həyatın yaşam sığortasının, 7,8%-i və ya 2,1 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 4,2%-i və ya 1,13 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 62 500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 29,3 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-noyabr aylarında bu göstərici 5,5 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR