Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu qarşısında piket keçirilib

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu qarşısında piket keçirilib
# 16 mart 2013 15:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Sankt-Peterburqdakı (Rusiya) Baş Konsulluğu qarşısında bir qrup şəhər sakini piket keçiriblər. APA-nın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, aksiya azərbaycanlı əsilli iş adamı Vaqif Məmişov tərəfindən şəhərdəki keçmiş Farforov qəbiristanlığının ərazisinin bir hissəsində ticarət-əyləncə mərkəzinin tikintisinə etiraz olaraq təşkil olunub.

Aksiya zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, iki naməlum şəxs piketdə iştirak edən bir yaşlı qadına yaxınlaşaraq onun plakatını cırıblar və onun üstünə süd töküblər. Rusiyanın KİV-i bu şəxslərin azərbaycanlı olduğu barədə məlumatlar yayıblar.

Azərbaycanın Baş Konsulluğu isə bu məlumatları təkzib edib: «Bu insident əvvəlcədən planlaşdırılıb və təxribat xarakteri daşıyırdı. Biz bu məsələ ilə bağlı narahatlığımızı bildiririk, şəhər sakinlərini və soydaşlarımızı bu cür təxribatlara uymamağa çağırırıq. Məsələ ətrafında yaranan vəziyyət Rusiyanın və bu ölkənin şirkətlərinin daxili işidir. Məsələnin Baş Konsulluğa və Azərbaycan Respublikasına heç bir aidiyyəti yoxdur».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR