Azərbaycan maliyyə sektorunun qiymətləndirilməsinin vaxtı müəyyənləşib

Azərbaycan maliyyə sektorunun qiymətləndirilməsinin vaxtı müəyyənləşib
# 20 noyabr 2012 10:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda fəaliyyət göstərən banklar üçün minimum kapital tələbinin yüksəldilməsi fonunda qeyri-işlək kreditlər və kredit itkisi halları üçün nəzərdə tutulan ehtiyatlara dair yeni normativ aktların qəbul edilməsini vacib sayır. «APA-Economics»in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib.

Onun sözlərinə görə, prudensial tədbirlər, xüsusilə istehlak kreditləri sahəsində, kreditlərin artım tempini nəzarətdə saxlamağa kömək edə bilər: «Hazırlıq işləri hələ də aparılsa da, missiya təəssüf edir ki, bank sistemi üçün belə həlledici əhəmiyyətli bir zamanda BVF və Dünya Bankının Maliyyə Sektorunun Qiymətləndirilməsinə dair birgə Proqramının (FSAP) yenilənməsi yubadılır. Rəsmi orqanlarla razılaşdırılıb ki, FSAP 2014-cü ilin əvvəlində keçiriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR