Şəmkir rayon sakini dərmandan zəhərlənib

Şəmkir rayon sakini dərmandan zəhərlənib
# 20 fevral 2015 07:43 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda zəhərlənmə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini, 1993-cü il təvəllüdlü Rufanə Həbib Qızı Qənbərova dərmandan zəhərlənərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, R.Qənbərova xəstəlikdən əziyyət çəkdiyi üçün dərman qəbul edib və zəhərlənib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR