London “Airbus A321” göyərtəsində partlayıcı qurğunun işə salındığını istisna etmir

London “Airbus A321” göyərtəsində partlayıcı qurğunun işə salındığını istisna etmir
# 04 noyabr 2015 23:49 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilir.

Buna baxmayaraq, London istintaq bitməmiş qəzanın səbəblərinə dair hər-hansı nəticə çıxarmağa tələsməməyə çağırıb.

Məlumatda həmçinin, Britaniyanın Sinay yarımadası üzərindən uçuşları müvəqqəti dayandırılmasına dair qərar verdiyi bildirilir. Ekspertlərin uçuşların təhlükəsiz olmasını yoxlamaq üçün Şarm əl Şeyxdən Britaniyaya hava reysləri də müvəqqəti dayandırılıb.

Qeyd edək ki, oktyabrın 31-də Şarm əl Şeyx – Sankt Peterburq marşrutu ilə uçan “Airbus A321” təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR