ARDNŞ: Rusiya ilə Türkiyə arasında tikilməsi nəzərdə tutulan qaz kəməri Cənubi Qafqaz Boru Kəmərinə rəqib deyil

ARDNŞ: Rusiya ilə Türkiyə arasında tikilməsi nəzərdə tutulan qaz kəməri Cənubi Qafqaz Boru Kəmərinə rəqib deyil
# 08 dekabr 2014 12:15 (UTC +04:00)

R. Abdullayev bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinə nəql etmək üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri heç bir qaz kəmərinin rəqibi deyil.

“Bildiyiniz kimi, Cənubi Qafqaz Boru Kəməri 2046-cı ilə qədər Azərbaycan qazını Avropaya nəql edəcək. Artıq bununla bağlı bütün məsələlər həll olunub. Düşünürəm ki, bu qaz kəmərinin həyata keçirilməsində heç bir problem yoxdur”, - deyə ARDNŞ prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR