“Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq layihələri” mövzusunda seminar keçirilib - FOTO

 “Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq layihələri” mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTO
# 12 aprel 2013 14:18 (UTC +04:00)

Bakı-APA. Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin beynəlxalq əməkdaşlığı üzrə dəstək mərkəzinin yaradılması” layihə çərçivəsində gənclər təşkilatları üçün “Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq layihələri” mövzusunda seminar təşkil edilib.

APA-nın məlumatına görə, silsilə xarakter daşıyan seminarım əsas məqsədinin Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına, regional və beynəlxalq layihələrdə təmsil olunmasına köməklik göstərmək olduğu bildirilib. 30 gənclər təşkilatının qatıldığı seminarda Avropa Birliyinin “Gənclər fəaliyyətdə” proqramının gənclərə verdiyi imkanlar, tərəfdaşların tapılması, layihələrlə bağlı müraciətlərin hazırlanması və digər məsələlər haqqında məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar Avropa Birliyinin “Gənclər fəaliyyətdə” proqramının Azərbaycan üzrə informasiya təmsilçisi Həmid Qasımov və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov tərəfindən keçirilib.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi layihə çərçivəsində gənclər təşkilatları üçün beynəlxalq əməkdaşlığın qurulması üzrə məsləhət xidməti də yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR