Azərbaycan prezidenti fransalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti fransalı həmkarına başsağlığı verib
# 23 oktyabr 2015 14:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Fransada baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda başsağlığı verib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Xatırladaq ki, Fransanın cənubunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 42 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR