“Azərbaycanda quduzluğun epidemiologiyası: tədqiqatlar və texniki yardım təklifinə” dair seminar-təlim keçirilir - FOTO

“Azərbaycanda quduzluğun epidemiologiyası: tədqiqatlar və texniki yardım təklifinə” dair seminar-təlim keçirilir - <span style="color: red;">FOTO
# 29 aprel 2013 08:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən etibarən Bakıda “Azərbaycanda quduzluğun epidemiologiyası: tədqiqatlar və texniki yardım təklifinə” dair seminar-təlim öz işinə başlayıb.

APA-nın xəbərinə görə, mayın 3-dək davam edəcək seminar-təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) ev sahibliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Krallığın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) vasitəçiliyi ilə icra olunur.

Tədbirdə çıxış edən DBX-nin rəisi Sialə Rüstəmova bildirib ki, 5 gün davam edəcək seminar-təlimin əsas məqsədi passiv müşahidələr aparmaq, Şəki-Zaqatala bölgəsində əhali arasında maarifləndirmə işini qurmaq, səhiyyə tədbirlərini artırmaq, Respublika Baytarlıq Laboratoriyasında quduzluğun diaqnostikasına dair metodlar və təhlükəsiz nümunə toplanması üzrə laboratoriya təlimi keçmək, eləcə də Qax zona Baytarlıq Laboratoriyasında təlimlərin aparılmasından ibarətdir.

Onun sözlərinə görə, seminar-təlim Azərbaycanda olan quduzluq virus ştammlarının səciyyələndirilməsi və filocoğrafi təhlili, quduzluğun ölkədəki cari vəziyyətinə dair müştərək nəşrlərin hazırlanması, eləcə də yarana bilən problemlərin aradan qaldırılmasına xidmət edəcək: “Azərbaycanda quduzluğun epidemiologiyası: tədqiqatlar və texniki yardım təklifinə” dair layihə 4 mərhələdən ibarətdir. Bu mərhələdən birincisi artıq yekunlaşıb, ikinci və digər mərhələlərinin aparılması istiqamətində işlər görülür”.

Tədbirin davamında beynəlxalq ekspertlər dünyada mövcud vəziyyətlə bağlı fikirlərini bildirib və qarşılıqlı müzakirə aparılıb.

Qeyd edək ki, seminar-təlim çərçivəsində quduzluğa nəzarət və xəstəliyin profilaktikası, Azərbaycanda insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin vəziyyəti, laboratoriyalarda biotəhlükəsizlik və biomüdafiə, quduzluğun diaqnozunda nailiyyətlər və digər mövzularda təqdimatlar aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR