Sabah Azərbaycanın bəzi bölgələrində havanın temperaturu 39 dərəcə olacaq - VİDEO

Sabah Azərbaycanın bəzi bölgələrində havanın temperaturu 39 dərəcə olacaq - <span style="color: red;">VİDEO
# 24 avqust 2014 13:59 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 30-35, Bakıda isə gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də hava yağmursuz olacaq. Bəzi bölgələrdə havanın temperaturunun 39 dərəcə isti olacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR