® Azərbaycan şirkəti Rusiyada yaşayış kompleksinin tikintisinə 300 mln. dollardan çox sərmayə yatıracaq

<font color=red>® </font> Azərbaycan şirkəti Rusiyada yaşayış kompleksinin tikintisinə 300 mln. dollardan çox sərmayə yatıracaq
# 17 noyabr 2014 11:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan kapitalı olan “Rezidential Group” holdinqi Moskva ətrafında “Piroqovsk Rivyera” yaşayış kompleksinin tikintisinə 14 mlrd. rubl (322,452 mln. dollar) sərmayə yatırmağı planlaşdırır.

APA-Economics”in məlumatına görə, “Rezidential Group” ilkin mərhələnin tikintisinə 2 mlrd. rubl (46,1 mln. dollar) öz vəsaitlərini yatırıb. Ümumilikdə, ilk növbənin sərmayəsi - 70% sərmayədarların vəsaitlərindən ibarət olacaq, 30% isə Rusiyanın “MDM Bank”nın kredit xətti ilə ayrılacaq. Yaşayış kompleksinin birinci növbəsinin 2017-ci ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır. Yaşayış kompleksinin ümumi sahəsi 559, 6 min kvadrat metrdir.

“İkinci və üçüncü növbənin tikintisi Rusiyadakı iqtisadi vəziyyətdən asılı olacaq. Yaşayış kompleksinin tikintisinin 2019-cu ilin dördüncü rübündə yekunlaşdırılması planlaşdırılır. Üçüncü növbənin tərkibində həmçinin idman-sağlamlıq kompleksi (hovuzla birgə) və olimpiya ehtiyatı məktəbinin də tikintisi planlaşdırılır”, - şirkətdən bildirib.

“Rezidential Group" 2013-cü ildə “Sezar Group” və “Akkord”un təsisçiliyi ilə yaradılıb. Hazırda “Akkord” holdinqin səhmdarlarının tərkibinə daxil deyil. Lakin siyahıda şirkətin əvvəlki prezidenti İlqar Hacıyev qalır.

İlqar Hacıyev 2005-ci ildən təsis edilən və yerli korporasiya olaraq dünyanın yeddi ölkəsində - Gürcüstan, Albaniya, Almaniya, Türkiyə, Özbəkistan, Qazaxıstan və Rusuyada fəaliyyət göstərən “Akkord Sənaye Tikinti İnvestisiya Korprasiyası” ASC-nin 24,5% pay sahibi idi.

Bir neçə ay öncə isə İlqar Hacıyev Səhmdar Cəmiyyətdəki payını sataraq müstəqil olaraq fəaliyyətə başladı. İlqar Hacıyev hazırda Azərbaycan və Rusiyada developer fəaliyyəti ilə məşğul olur. O, Azərbaycanda İsveçrənin “NovaNord Holdings” şirkəti ilə əməkdaşlıq edir. Bu şirkətin iştirakı ilə Abşeronda (Ceyranbatan su anbarının yaxınlığında) 5 il ərzində 60 ha sahədə yaşayış kompleksi tikiləcək. Bütün tikililərin ümumi sahəsi 1 mln. kvadrat metrdən çox olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR