TQDK “Valideyn Müəllim Assosiasiyası” prezidentinin səsləndirdiyi ittihamlara cavab verib

TQDK “Valideyn Müəllim Assosiasiyası” prezidentinin səsləndirdiyi ittihamlara cavab verib
# 08 fevral 2013 13:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2012-ci və 2011-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına daxil olmuş müraciətlərin arasında Təranə Şərifova adlı şəxs tərəfindən, yaxud “Valideyn-Müəllim Assosiasiyası” təşkilatı tərəfindən yazılmış müraciət aşkar edilməyib. Odur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adı çəkilən xanımdan söylədiyi həqiqətə uyğun olmayan fikirlərin təkzib etməsini xahiş edir”.

APA-nın xəbərinə görə, bu barədə TQDK-nın “Valideyn Müəllim Assosiasiyası”nın prezidenti Təranə Şərifovanın komissiyaya müraciətinə qurum tərəfindən cavab verilməməsi barədə səsləndirdiyi fikirlərə cavabında bildirilib.

Komissiyanın cavabında qeyd olunub ki, T. Şərifova TQDK-da fəaliyyət göstərən və bütün pedaqoji ictimaiyyət üçün açıq olan, hər bir müəllimə öz fikrini sərbəst şəkildə ifadə etməyə imkan verən elmi-metodiki seminarlarda (tarix fənni üzrə) bir müddət iştirak edib, lakin son 3 ildir ki, naməlum səbəblərdən iştirak etmir. Məlumat üçün, hər ilin sonunda hazırlanan və rəhbərliyin yanında keçirilən iclasda müzakirə olunan TQDK-da vətəndaş müraciətlərinə baxılmasına dair arayışı (2012-ci il üzrə) və ona əlavə olan biriki nömrəli statistik hesabatları təqdim edirik: “Xanım qəbul imtahanların müşahidə olunması məsələsinə toxunub. Qeyd etməliyik, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının həyata keçirdiyi imtahanların idarə olunması 1995-ci ildən başlayaraq ictimai-dövlət prosesi kimi həyata keçirilir. Ona görə ki, bilavasitə imtahan binasında imtahan rəhbərləri və nəzarətçi qismində imtahanın idarə olunması TQDK əməkdaşları tərəfində deyil, məhz ictimaiyyətin nümayəndələri, yəni Milli Elmlər Akademiyasının, ali və orta təhsil müəssisələri, digər qurumların təmsilçiləri tərəfindən həyata keçirilir. Belə ki, hazırda Komissiyada 1000-ə yaxın imtahan rəhbəri və 15000-ə yaxın nəzarətçi müəllim haqqında informasiya bazası formalaşıb. İmtahana buraxılış rejimi zamanı abituriyentlərin həddindən artıq ciddi şəkildə yoxlanılmasına dair söylənən iradlarla bağlı bildirməliyik ki, bu proses polis əməkdaşları tərəfindən deyil, xüsusi təlimat keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən peşəkarcasına həyata keçirilir. Həmin yoxlamalar həm imtahanın obyektiv şəraitdə keçməsinə, bütün abituriyentlər tərəfindən heç bir köməkçi vasitələrdən istifadə etmədən yalnız öz biliklərinə əsaslanaraq imtahan vermələrinə, həmdə imtahanın təhlükəsizliyinə, ilk dəfə olaraq kütləvi prosesdə iştirak edən, müxtəlif bölgə və məktəblərdən gələrək eyni auditoriyada imtahan verən abituriyentlərin təhlükəsizliyinə xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR