Çində Transxəzər nəqliyyat marşrutunun inkişaf perspektivləri müzakirə olunub

Çində Transxəzər nəqliyyat marşrutunun inkişaf perspektivləri müzakirə olunub
# 17 iyun 2016 09:37 (UTC +04:00)

Bakı. Ramih Mikayıloğlu - APA. Çin Xalq Respublikasının Şanxay şəhərində Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf perspektivləri ilə bağlı dəyirmi masa keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Transxəzər nəqliyyat marşrutunun Müşahidə Şurasının sədri, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib ki, 3 avqust 2015-ci ildə bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin arasında konteyner daşımalarına start verilib, sonra Ukrayna Respublikası da bu marşruta qoşulub.

Konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacib sayan İ. Hüseynov bu tədbirin marşruta yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayacağını deyib. Sonra dəyirmi masada marşrutun və "Nomad Ekspress" nəqliyyat-logistika xidmətinin inkişaf perspektivləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi - yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının artırılması üçün yeni imkanlar mövzularında müzakirələr aparılıb.

Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik sirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR