Avropa Birliyinin Myanmaya qarşı sanksiyaları aradan qaldırılıb

Avropa Birliyinin Myanmaya qarşı sanksiyaları aradan qaldırılıb
# 23 aprel 2013 02:48 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyi Myanmaya qarşı iqtisadi, ticari və fərdi sanksiyaların götürülməsi barədə qərar qəbul edib. APA-nın məlumatına görə, bu addım Myanmada keçirilən islahatlara cavab olaraq atılıb.

Məlumata əsasən, yalnız silah embarqosu qüvvədə qalıb.

Ötən il sözügedən sanksiyaların müvəqqəti dayandırılması barədə qərar qəbul edilmişdi. Lakin bu dəfəki qərar onların birdəfəlik qaldırılmasını nəzərdə tutur.

Myanmada islahatlar 2011-ci ildə Teyn Seyn hakimiyyətə gəldikdən sonra həyata keçirilməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR