TAP layihəsinin maliyyə idarəçiliyi ilə «Societe Generale» bankı məşğul olacaq

TAP layihəsinin maliyyə idarəçiliyi ilə «Societe Generale» bankı məşğul olacaq
# 19 mart 2013 12:40 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu qərar TAP-ın səhmdarları olam «Axpo», «Statoil» və «E.ON Ruhrgas» və «Şahdəniz»in üzvü olan Azərbaycan Dövlət Neft Şirkəti, BP və «Total» tərəfindən qəbul edilib.

TAP-ın məlumatında deyilir ki, bu marşrutun Azərbaycan qazının Avropaya nəql edilməsi üzrə prioritet kimi seçiləndən sonra və tikinti ilə bağlı qərarın qəbul edilməsindən sonra «Societe Generale» layihənin reallaşmasının maliyyə aspektlərinin idarə edilməsini üzərinə götürəcək.

Qeyd edilir ki, marşrutun seçilməsindən sonra tikinti üzrə qərarın 2013-cü ilin sentyabrında qəbul edilməsi gözlənilir. «Societe Generale» həmçinin layihənin maliyyə strategiyasının hazırlanmasında iştirak edəcək, onun rentabellik planını hazırlayacaq və s.

TAP-ın icraçı direktoru Kyetil Tunqlandın sözlərinə görə, beləliklə, TAP layihəsinin reallaşması istiqamətində daha bir addım atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR