Təhsil Nazirliyi dərsliklərin monitorinqi ilə bağlı TQDK-ya yeni təklif verib

Təhsil Nazirliyi dərsliklərin monitorinqi ilə bağlı TQDK-ya yeni təklif verib
# 30 aprel 2013 13:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi orta məktəb dərsliklərinin monitorinqini aparan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qarşısında yeni təklif irəli sürüb.

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, gələcək illər üçün məqsəd ondan ibarətdir ki, istənilən dərsliyin monitorinqi aprel ayında deyil, oktyabr-noyabr aylarında təqdim edilsin. Bu isə dərsliklərin yenidən işlənilməsi, çapı və müvafiq işlərin tədris ilinin əvvəlinədək çatdırılmasına imkan verəcək.

Gələcəkdə məzmunca daha keyfiyyətli dərsliklərin nəşri üçün nəzərdə tutulmuş bütün rəy və təkliflər, o cümlədən TQDK tərəfindən təqdim edilmiş monitorinq qiymətləndirmələrinin nəticələri nazirlik tərəfindən dərslik müəlliflərinə təqdim edilərək onlar tərəfindən daha keyfiyyətli dərsliklərin hazırlanması üçün müvafiq addımlar atılacaq. Növbəti dərs ili üçün ehtiyac duyulan və hazırlanması nəzərdə tutulmuş dərsliklər nəşr olunacaq. Yuxarı siniflərdə isə yalnız VI sinif dərsliklərinin nəşri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR