“DəmirBank” “Cash by Code” xidmətini tətbiq edib

“DəmirBank” “Cash by Code” xidmətini tətbiq edib
# 04 iyul 2014 08:09 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank” “Cash by Code” - bankomat vasitəsilə pul göndərmək xidmətini tətbiq edib. Yeni xidmət vasitəsilə “Visa” plastik kart sahibləri 5 manatdan 500 manatadək pul göndərə bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmətdən istifadə etmək üçün, bankomatda müvafiq “Cash by Code” bölməsini seçmək, pul alacaq şəxsin mobil telefon nömrəsini yazmaq və göndəriləcək məbləği qeyd etmək lazımdır. Əməliyyat sona çatdıqdan sonra müştəriyə üzərində 5 rəqəmli şifrə qeyd olunan qəbz verilir, pulu alacaq şəxsə isə 5 rəqəmli şifrə qeyd olunan SMS göndərilir. Qəbzdə olan şifrəni pul alacaq şəxsə bildirmək zəruridir.

Pulu alacaq müştəri 24 saat ərzində “MilliKarta” daxil olan və “Cash by Code” funksiyasını dəstəkləyən istənilən bankomatdan SMS-la gələn və qəbzdə çap olunan şifrəni daxil etməklə məbləği nağdılaşdıra bilər.

Pul 24 saat ərzində nağdılaşdırılmasa, həmin məbləğ yenidən göndərən müştərinin hesabına qayıdır. Əməliyyat yalnız manatla aparılır və pul göndərən şəxsdən 1% (minimum 1 manat) komissiya tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR