APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Məclis İstintaq Komissiyası mənimsəmə və rüşvətdə günahlandırılan 4 keçmiş nazirin (AK Partiyadan olan nazirlər Muammer Gülər, Zəfər Çağlayan, Egemen Bağış və Ərdoğan Bayraktar) Ali Məhkəməyə göndərilib-göndərilməməsi barədə qərar verib. Komissiya səs çoxluğu ilə nazirlərin Ali Məhkəməyə cəlb edilməməsi qərarını çıxarıb.
22 dekabrda keçirilməsi planlaşdırılan, ancaq etirazlar səbəbindən 5 yanvara kimi təxirə salınan səsvermənin nəticəsi qəti qərar hesab edilməsə də, bunu Türkiyədə əhəmiyyətli göstərici hesab edirlər. Komissiya qurulduğu gündən 245 gün sonra toplanıb və təxminən 3,5 saat davam edən toplantıda 9 AK Partiya, 4 CHP və 1 MHPli üzv səs verib.
CHP-nin izmirli millət vəkili Erdal Aksünger komissiyada səs çoxluğu ilə 4 keçmiş nazirin Ali Məhkəməyə cəlb edilməməsi barədə qərar alındığını açıqlayıb. O, komissiyada 5-ə qarşı 9 səslə Ali Məhkəmə qərarının rədd edildiyini bildirib.
Qeyd edək ki, bu gün Məclis İstintaq Komissiyasından çıxan bu qərar da yekun nəticə deyil. Belə ki, 4 keçmiş nazirin Ali Məhkəməyə verilməsi barədə son qərarı Məclis Baş Assambleyası (Meclis Genel Kurulu) verəcək. Yekun qərar məclisin ümumi yığıncağında keçiriləcək gizli səsvermə ilə müəyyən ediləcək. Səsvermənin ən gec 29 yanvar tarixinədək keçirilməsi planlaşdırılır.
Türkiyədə sabiq 4 nazirin işi ilə əlaqədar komissiya qərarı açıqlanıb
05 yanvar 2015 17:42 (UTC +04:00)
Avropa
BCM-nin Netanyahu və Qallantın həbs ilə bağlı tələbi İsraildə qəzəblə qarşılanıb
19:38
20 may 2024
Pentaqon rəhbəri: Rusiya Ukrayna sərhədi boyunca yaxın həftələrdə daha da irəliləməyə çalışacaq
17:27
20 may 2024
Culian Assanc ABŞ-a ekstradisiya üzrə məhkəmədə qalib gəlib
15:50
20 may 2024
KİV: Robert Fitsonun səhhətində irəliləyiş müşahidə olunur
14:11
20 may 2024