Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair birgə saziş imzalanıb

Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair birgə saziş imzalanıb
# 29 sentyabr 2014 19:20 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, İranın daxili işlər naziri Əbdülreza Fəzli və Türkmənistanın müdafiə nazirinin müavini Yusup Muxamedkuliyev imzalayıblar.

Sazişin məqsədi Xəzər dənizində və sahilboyu zonalarda operativ yardımın göstərilməsi məsələlərinin nizamlanmasından ibarətdir. İmzalanan saziş Xəzər regionu və sahilboyu zonalarda fövqəladə hallara daha operativ reaksiya verməyə imkan yaradacaq.

Saziş Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR