Bu il Azərbaycanda yolların saxlanmasına 300 mln. manata yaxın vəsait xərclənəcək

Bu il Azərbaycanda yolların saxlanmasına 300 mln. manata yaxın vəsait xərclənəcək
# 08 yanvar 2015 11:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin dövlət büdcəsinin tərkib hissəsi olan “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna 290 mln. manat vəsaitin xərclənməsi proqnozlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat 2015-ci ilin dövlət büdcəsində yer alıb.

Məlumata əsasən, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaiti əsasən ölkə ərazisində respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının saxlanılması və istismarı ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Yeri gəlmişkən, 2015-ci ildə ölkə ərazisində avtomobil nəqliyyatı üzrə dövlət tənzimlənməsinin həyata keçirilməsi, Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması və sair bu kimi tədbirlər, Bakı şəhərində yol ötürücüsü və körpülərin saxlanılması, küçələrin və prospektlərin istismarı və təmiri üçün Nəqliyyat Nazirliyinə 33,3 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR