Bazeldə ATƏT XİN başçıları Şurasının sammitinə qarşı etiraz aksiyası keçirilib - FOTO - YENİLƏNİB

Bazeldə ATƏT XİN başçıları Şurasının sammitinə qarşı etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 05 dekabr 2014 21:35 (UTC +04:00)

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, Bazeldə polislə etirazçılar arasında toqquşma baş verib. Polis aksiyanı dağıdıb, saxlanılanlar var. Jurnalistlərin bir qismi tədbir keçirilən Bazel Sərgi Mərkəzi ərazisindən kənara buraxılmır.

***

23:33

Bazel. Rüfət Əhmədzadə - APA. İsveçrənin Bazel şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu şəhərdə keçirilmiş 21-ci sessiyasına və ümumilikdə təşkilatın fəaliyyətinə etiraz olaraq mitinq keçirilib.

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, iki minə yaxın iştirakçısı olan mitinq solçu və kommunist qruplar tərəfindən təşkil olunub.

Bazelin “Mattauz” meydanında toplaşan, qırmızı bayraqlar dalğalandıran və ATƏT əleyhinə şüarlar səsləndirən iştirakçılar “Markplattz” meydanından da keçməklə “Claraplatz”a qədər yürüş ediblər.

Ətraf küçələr polis tərəfindən nəzarət altına alınıb, kordon qurulub. Qeyd edək ki, ATƏT XİN başçıları Şurasının 21-ci sessiyası bu gün başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR