Xəzərin Azərbaycan sektorunda ardıcıl üç zəlzələ qeydə alınıb - YENİLƏNİB

Xəzərin Azərbaycan sektorunda ardıcıl üç zəlzələ qeydə alınıb - <span style="color: red;">YENİLƏNİB
# 01 dekabr 2014 14:10 (UTC +04:00)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, birinci zəlzələ saat 15:25-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 30 km olub.

Növbəti zəlzələ 15:30-da baş verib. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 34 km olub.

Üçüncü zəlzələ isə 15:40-da qeydə alınıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 34 km olub.

Hər üç zəlzələ hiss olunmayıb.

***

saat 16.40

Bakı. Könül Kamilqızı - APA. Bu gün Xəzər dənizində iki ardıcıl zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, birinci zəlzələ yerli vaxtla 15:30:15-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 34 km olub.

Növbəti zəlzələ isə yerli vaxtla 15:40:51-də baş verib. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 34 km olub.

Hər iki zəlzələ hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR