Bu ilin I rübündə Azərbaycanda 161 qanunsuz radioelektron vasitə aşkarlanıb

Bu ilin I rübündə Azərbaycanda 161 qanunsuz radioelektron vasitə aşkarlanıb
# 02 aprel 2013 10:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən, 173 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

«APA-Economics»in nazirliyə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 161 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 120 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 24 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR