«Bank of Azerbaijan» nizamnamə kapitalını 50 mln. manata çatdırıb

«Bank of Azerbaijan» nizamnamə kapitalını 50 mln. manata çatdırıb
# 05 aprel 2013 08:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC tərəfindən 4,7 mln. manat həcmində həyata keçirilən əlavə səhm emissiyası tam yerləşdirilib. Bunun nəticəsində bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, əlavə səhmlərin yerləşdirilməsindən sonra bankın səhmdarları Kənan Hafiz oğlu Məmmədov (21 817 500 manat) və Sənan Hafiz oğlu Məmmədov (21 817 500 manat) hər biri 43,64%, Mübariz Məcid oğlu Məmmədov (6 030 000 manat) 12,06%, «NEM Holding» (335 000 manat) isə 0,66% iştirak payına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR