Nuşirəvan Məhərrəmli: “Özəl kanallar Azərbaycan musiqisini bərbad vəziyyətə salır”

Nuşirəvan Məhərrəmli: “Özəl kanallar Azərbaycan musiqisini bərbad vəziyyətə salır”
# 10 aprel 2013 10:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda musiqimizin belə bərbad vəziyyətə çatmasında günahkar özəl kanallardır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

O qeyd edib ki, həmin kanallarda əksər vaxtlarda musiqi redaksiyalarına rəhbərlik edənlər öz yerlərində deyillər: “Həmin kanallarda musiqi redaksiyalarının rəhbərliyi çox bərbad vəziyyətdədir. Onlar əsasən reklam, pul arxasınca getdiklərindən cəmiyyət üçün maraqlı, milli mənəvi dəyərlər arxasınca getmək yaddan çıxır. Xüsusən də serialların çəkilişində, ssenarilərdə bu problemlər var. Onlar həmişə biznes, reytinq arxasınca qaçmamalıdır. Hər şey xəyanət, intiqam üzərində qurulmamalıdır. Özəl kanallar bu məsələlərdə birbaşa cəmiyyət üçün faydalı, cəmiyyətin marağını özündə daşıyan seriallar çəkməlidirlər. Yaxşı ki, bizim ictimai və dövlət kanallarımız var, bu kimi əhəmiyyətli halları onlardan dərhal tələb edə bilirik. Onlara dövlət büdcəsindən vəsait ayrılır, bu məsələdə gərək daha fəal olsunlar. Onlara da tövsiyəmiz odur ki, özəl kanalların arxasınca getməsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR