Brüsseldə Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların növbəti raundu keçirilir

Brüsseldə Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların növbəti raundu keçirilir
# 12 mart 2013 15:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.

Onun sözlərinə görə, dünən və bu gün Brüsseldə baş tutan danışıqlar uğurla keçib: “Biz viza rejiminin sadələşməsi və readmissiya məsələsi üzrə mövqelərimizi daha da yaxınlaşdırmışıq. İş tamamilə bitməyib, amma ümid edirəm ki, nəticələri tez bir zamanda görəcəyik”.

R.Kobia həmçinin əlavə edib ki, bu yaxınlarda AB komissarlarının regiona səfərləri də nəzərdə tutulur: “Yaxın həftələrdə, aylarda biz komissarların səfərlərini planlaşdırırıq. Çox güman ki, bu, komissarlar Füle və Ottingerin səfərləri olsun, amma başqa komissarların da ola bilər. Səfərlərin tarixi hələ dəqiqləşməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR