Çin və ABŞ Koreya yarımadasında nüvə probleminin həll olunmasında əməkdaşlıq etməyə hazırdır

Çin və ABŞ Koreya yarımadasında nüvə probleminin həll olunmasında əməkdaşlıq etməyə hazırdır
# 13 aprel 2013 21:34 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri və Çin Dövlət Şurasının üzvü Yan Tszeçi Koreya yarımadasında münaqişənin tənzimlənməsi məqsədilə birgə işləməyə hazır olduqlarını bəyan ediblər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər xəbər verir.

“Koreya yarımadasında nüvə probleminin həlli bütün tərəflərin maraqlarına cavab verir”, deyə Yan Tszeçi Con Kerri ilə görüşündə deyib.

ABŞ dövlət katibi, öz növbəsində isə qeyd edib ki, Vaşinqton və Pekin “Koreya yarımadasının nüvəsizləşdirməsinə nail olmaq üçün birgə addımlar atmalıdır”.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri aprelin 13-də Çinə rəsmi səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR