«Dəmirbank»ın aktivləri ötən il 7% artıb

«Dəmirbank»ın aktivləri ötən il 7% artıb
# 31 yanvar 2013 14:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri 2012-ci il ərzində 7,2% artaraq 2013-cü il yanvarın 1-nə 383,2 mln. manata çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlər 8% artaraq 280,6 mln. manat təşkil edib.

Məlumatda deyilir ki, əhalinin müddətli əmanətlərinin həcmi ötən il 29,8% artaraq 132,4 mln. manata çatıb. Bankın məcmu kapitalı isə 56 mln. manat təşkil edib.

Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olan «Dəmirbank» ASC «Fitch Ratings» və «Planet Rating» agentliklərinin «stabil» proqnozlu «B» reytinqlərinə malikdir.

Bank beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını davam etdirərək, 2012-ci ildə 42 mln. ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsinə dair müqavilələr imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR