ADP sədrinin gənclərlə iş üzrə müavininə cəriməni ödəmək barədə xəbərdarlıq edilib

ADP sədrinin gənclərlə iş üzrə müavininə cəriməni ödəmək barədə xəbərdarlıq edilib
# 07 mart 2013 13:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi şöbəsinə dəvət edilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, adıçəkilən şöbənin əməkdaşları C. Hacıyevin yaşadığı evə gələrək, yanvarın 12-də keçirilən aksiyada iştiraka görə, edilən cərimənin ödənilməsini tələb ediblər. Ona əks təqdirdə əmlakından bəzi əşyaların müsadirə olunacağına dair xəbərdarlıq da olunub. Bununla yanaşı, C. Hacıyev şöbəyə də dəvət edilib. Burada isə şöbə rəisinin müavini Emil Əhmədli ondan cərimənin ödənilməsini istəyib, o cümlədən bu kimi aksiya və kampaniyalara qoşulmamaq barədə ona xəbərdarlıq edib. Şöbədə təkrar olaraq, C. Hacıyevə bildirilib ki, onun adına olan əmlakla bağlı müvafiq idarələrə sorğu göndərilib və cəriməni ödəmədiyi təqdirdə əmlakı müsadirə ediləcək.

Qeyd edək ki, C. Hacıyev yanvarın 12-də paytaxtda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştirak zamanı saxlanılıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 500 manat məbləğində cərimə kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR