Dağıstanda keçirilən müşavirədə Azərbaycandakı multikultural mühitdən bəhs edilib

Dağıstanda keçirilən müşavirədə Azərbaycandakı multikultural mühitdən bəhs edilib
# 23 noyabr 2014 17:38 (UTC +04:00)

Bakı-APA. “Azərbaycanda mövcud olan multikultural mühit, tarixi tolerantlıq ənənələri bu gün də xalqımız və dövlətimiz tərəfindən qorunub yaşadılır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Rusiyanın Dağıstan Respublikasındakı konfransda çıxışı zamanı deyib.

Dövlət müşaviri K. Abdullayev Dağıstan əsilli sahibkar və sənayeçilərin I respublika forumu çərçivəsində keçirilmiş müşavirədəki çıxışı zamanı

Azərbaycandan olan milli-etnik toplumların nümayəndələrinin vaxtilə ümummilli lider Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin hər bir azərbaycanlının rəğbət bəslədiyi və dəstəklədiyi siyasət həyata keçirməsi haqqında söylədiklərini xatırladıb.

K. Abdullayev Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təsis edildiyini, ölkəmizdə dini və milli ayrı-seçkiliyin hüquqi baxımdan tamamilə aradan qaldırılması üçün mükəmməl hüquqi bazanın yaradıldığını diqqətə çatdırıb.

Müşavirədə Azərbaycanla Dağıstan arasında dostluq və qardaşlıq münasibətlərinin həm prezidentlər səviyyəsində, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində daha da mükəmməlləşdiyi bildirilib. Təkcə iqtisadi deyil, mədəni, mənəvi baxımdan əlaqələrin gücləndirilməsi və gələcəkdə birgə layihələrin reallaşdırılması məsələləri də müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

Qeyd edək ki, K. Abdullayev Dağıstana bu respublikanın milli siyasət məsələləri üzrə naziri Tatyana Qamaleyin dəvəti ilə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR