Rumıniya prezidenti xidməti avtomobilində qəzaya uğrayıb

Rumıniya prezidenti xidməti avtomobilində qəzaya uğrayıb
# 13 aprel 2013 22:22 (UTC +04:00)

Bakı-APA. Rumıniya prezidenti Trayan Besesku Buxarestdə yol nəqliyyat hadisəsi törədib, xəsarət alan yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkə başçısı Dövlət Mühafizə Xidmətinə məxsus “Dacia Logan” markalı avtomobili idarə edərkən Otopen körpüsü yaxınlığında hərəkətdə olan avtomobillə toqquşub.

“Dövlət başçısı distansiya saxlamayıb və qabaqda gedən avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan yoxdur, avtomobillərə yüngül zərər dəyib”, deyə “MOLDNEWS” xəbər verir.

Trayan Besesku yol nəqliyyat hadisəsində özünü təqsirkar bilib. Tərəflər protokol tərtib etməməyə qərar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR