Almaniya İsveçrə ilə sərhəddə nəzarəti sərtləşdirib

Almaniya İsveçrə ilə sərhəddə nəzarəti sərtləşdirib
# 21 avqust 2016 15:50 (UTC +04:00)

Bakı-APA. Almaniya hökuməti İsveçrə ilə sərhəddə nəzarəti sərtləşdirib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsveçrənin maliyyə naziri Uli Maurer bildirib.

U. Maurer deyib ki, Almaniyanın qonaqpərvər siyasətdən uzaqlaşdığı görünür. İsveçrənin maliyyə naziri Almaniyanın sərhədə əlavə olaraq 90 sərhədçi və 40 polis əməkdaşı göndərdiyini açıqlayıb. U. Maurer Almaniyanın bu addımını miqrant axını ilə əlaqədar atdığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR