Qaxda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb - FOTO - YENİLƏNİB 2

Qaxda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb  - FOTO   - YENİLƏNİB  2
# 29 iyun 2024 22:49 (UTC +04:00)

Qaxda baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, iyunun 29-da saat 20 radələrində Qax rayonu ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər; 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər. Qəza zamanı vəfat edən dördüncü şəxsin isə hələ ki, şəxsiyyəti müəyyən olunmayıb.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb

***

22:40

Qaxda baş verən ağır yol qəzasında yaralananlardan dördü azyaşlıdı.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ölən şəxslər VAZ 21015 markalı avtomobilin sürücüsü və onun sərnişinləridir.

Əldə olunan ilkin məlumata görə, ölən və yaralanan şxəslər Şəki rayon sakinləri və yaxın qohumlardır.

Yaralanan şəxslərdən 4-ü azyaşlıdır. Azyaşlılardan ikisi xəstəxananın Reanimasiya şöbəsinə, ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

***

21:16

Qaxda minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ-21015"-in sürücüsü və sərnişin hadisə yerində ölüb.

Daha bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda ölən və yaralanan şəxslərin kimlyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR