Avstraliyada kömür mədənində güclü yanğın baş verib, işçilər təxliyə edilib

Avstraliyada kömür mədənində güclü yanğın baş verib, işçilər təxliyə edilib
# 30 iyun 2024 09:40 (UTC +04:00)

Avstraliyanın şimal-şərqində yerləşən Britaniyanın Anglo American mədən korporasiyasına məxsus kömür mədənində güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Kvinslend fövqəladə hallar xidmətləri ətraf icmaların sakinlərinə evdə qalmağı, pəncərə və qapıları bağlı saxlamağı tövsiyə edib.

Anglo American yanğının yerli vaxtla saat 06:00 radələrində metanın alovlanması səbəbindən başladığını bildirib.

Hadisə yerində olan şirkət əməkdaşları təhlükəsiz şəkildə təxliyə edilib. Mədəndən 120 mil məsafədə yerləşən Makkay qəsəbəsində sakinlərə yanma məhsullarından təhlükəli hava çirklənməsi barədə xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR