Bu gün Fransada növbədənkənar seçkilərin birinci turu keçirilir

Bu gün Fransada növbədənkənar seçkilərin birinci turu keçirilir
# 30 iyun 2024 02:23 (UTC +04:00)

Fransa xalqı bu gün növbədənkənar seçkilər üçün sandıq başına gedəcək.

APA xəbər verir ki, sorğular seçkilərdə ifrat sağçı Milli Birlik Partiyasının qalib gələcəyini göstərir. Avropa Birliyində isə Fransanın Aİ-dan çıxması mənasına gələn “Frexit”lə bağlı narahatlıqlar artır.

İyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçilib. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Fransa prezidenti Emmanuel Makron isə böyük məğlubiyyətlə üzləşərək parlamenti buraxıb.

Fransızlar bu gün seçkinin birinci turu üçün sandıq başına gedəcək. Son rəy sorğuları göstərir ki, Makron seçkidə öndə olmayacaq.

Marin Le Pen tərəfindən Milli Birlik Partiyasının baş nazir postuna namizədi kimi irəli sürdüyü 28 yaşlı Cordan Bardellanın seçkinin ilk turunda qalib gələcəyi proqnozlaşdırılır.

Fransada ifrat sağçıların yüksəlişinin insan hüquqları, bərabərlik və demokratik dəyərlər kimi fundamental prinsiplərə zərər verə biləcəyi ilə bağlı narahatlıq var.

Avropa Birliyi cəbhəsində isə, “Brexit” kimi Fransanın Aİ-dan çıxması mənasına gələn “Frexit” gündəmdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR