III Beynəlxalq Muğam Festivalı iştirakçılarının Bakıda konserti olub

III Beynəlxalq Muğam Festivalı iştirakçılarının Bakıda konserti olub
# 19 mart 2013 11:22 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində konsert olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə, Azərbaycan musiqiçiləri və Misirin “Əl-Ədvar” qrupu konsert proqramı ilə çıxış ediblər.

İlk olaraq səhnəyə Türkiyənin “Anadolunun səsləri” qrupu çıxıb. İkinci hissədə Azərbaycan xanəndələri “Humayun” muğamını ifa ediblər. Daha sonra səhnədə yer alan Aişə Reduan, Habib Yammine, Nabil Abdmuleh, Salah el Din Sayed-Refeat Muhamed, Hafide Reduan Benckeikdən ibarət qrup “Maqam ruhu”nu (“Maqâm’s soul”) təqdim ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən festival çərçivəsində Bakı ilə yanaşı, Şamaxı, Şirvan, Ağcabədi, Ağstafa, Lənkəran, Naxçıvan, Gəncə və Qəbələdə də müxtəlif tədbirlər və konsertlər reallaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR