Masallıda fərdi evdə güclü yanğın olub

Masallıda  fərdi evdə güclü yanğın olub
# 28 iyul 2014 17:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 28-də günorta saatlarında rayonun Ərkivan qəsəbə sakini, 1967-ci il təvəllüdlü Adil Nadir oğlu Cahangirova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 2 otaq içindəki məişət avadanlıqları birlikdə 70 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Ilkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR