Əli Əkbər Salehi: “İran və “altılıq” nüvə proqramı ilə bağlı texniki məsələlərin həllinə yaxındırlar”

Əli Əkbər Salehi: “İran və “altılıq” nüvə proqramı ilə bağlı texniki məsələlərin həllinə yaxındırlar”
# 26 mart 2015 23:33 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın nüvə enerjisi üzrə qurumunun Əli Əkbər Salehi bildirib.

“Texniki məsələlərə gəlincə isə, biz bir çox bəndlər üzrə ümumi anlaşmaya yaxınlaşmışıq, lakin ortaq anlaşmaya gəlinəcək, həlli mühüm olan məsələlər hələ də qalmaqdadır. Əlbəttə, bütün məsələlər razılaşdırılmayınca heç bir sazişdən söz gedə bilməz. Siyasi məsələlər və işin hüquqi hissəsi üzrə irəliləyişə yardım edəcək texniki məsələlərlə bağlı ümumi anlaşma əldə olunub”, deyə Salehi qeyd edib.

Onun sözlərinə görə, nüvə proqramına dair gələcək sazişin texniki, hüquqi və siyasi hissələri hələ də müzakirə mərhələsində qalmaqdadır.

“Biz əlimizdən gələni edirik, biz bu məsələdə nikbinik, lakin hələ çox iş görülməlidir”, deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR