Yanvar-avqust aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 117 mln. manatdan artıq vəsait daxil olub

Yanvar-avqust aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 117 mln. manatdan artıq vəsait daxil olub
# 28 sentyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Cari ilin sentyabr ayının 1-ə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 117 mln. 8,43 min manat daxil olub.

"APA-Economics"in xəbərinə görə, bu barədə komitənin açıqladığı statistikada bildirilir.

Statistikaya əsasən, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 16 mln. 298,82 min manat və ya 12,23% azdır.

Daxilolmaların strukturuna nəzər saldıqda məluma olur ki, dövlət büdcəsinə gömrük rüsumu üzrə 41 mln. 357,96 min manat, ƏDV üzrə 85 mln. 277,54 min manat, aksizlər üzrə 5 mln. 271,09 min manat, yol vergisi üzrə 1 mln. 400,65 min manat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR