Cenevrədə Milli Mina Əməliyyatları Proqramları Direktorları və BMT məsləhətçilərinin 16-cı beynəlxalq görüşü başlayıb

Cenevrədə Milli Mina Əməliyyatları Proqramları Direktorları və BMT məsləhətçilərinin 16-cı beynəlxalq görüşü başlayıb
# 10 aprel 2013 09:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Cenevrədə Milli Mina Əməliyyatları Proqramları Direktorları və BMT məsləhətçilərinin 16-cı beynəlxalq görüşü başlayıb. APA-ya Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinə (GİCHD) istinadən verdiyi məlumata görə, iki davam edəcək görüşdə mina təsirinə məruz qalmış 40 ölkədən, eləcə də BMT, milli və beynəlxalq QHT-lər, kommersiya şirkətləri və donor nümayəndələrinin rəsmiləri iştirak edirlər.

Tədbirdə Azərbaycanı Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov təmsil edir.

N. İsmayılov APA-ya bildirib ki, tədbir çərçivəsində bir sıra xarici ölkələrin minatəmizləmə mərkəzlərinin, eləcə də donor təşkilatların nümayəndələri ilə görüşlər planlaşdırılır. Görüşlərdə xarici ölkələrdə keçirilən əməliyyatlarda birgə iştirak, həmçinin xarici mütəxəssislərə təlimlərin təşkili və s. məsələlər müzakirə olunacaq: “Biz xarici tərəfdaşlarımızla Livanda minatəmizləmə əməliyyatları aparılması məsələsini də müzakirə edəcəyik. Bu gün Livanda bizim ayrı-ayrı ölkələrdən tərəfdaşlarımız işləyir. Ancaq yerli əhali onları qəbul etmək istəmir, işlərinə çətinliklər yaradırlar. Tərəfdaşlarımız bizi Livanda həyata keçirilən layihələrdə onlara yardımçı olmağa çağırırlar. Səfər çərçivəsində biz onlarla görüşüb müzakirələr aparacağıq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR