Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
# 23 iyun 2016 11:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib.

Sonra zamində olan Ş. Zeynalov barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

Məhkəmə baxışı iyunun 29-a təyin edilib.

Qeyd edək ki, Ş. Zeynalov vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirməkdə təqsirli bilinir. Ş.Zeynalov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR