"Bakı Sığorta"nın səhmdarları apreldə nizamnamə kapitalının artırılmasını müzakirə edəcək

"Bakı Sığorta"nın səhmdarları apreldə nizamnamə kapitalının artırılmasını müzakirə edəcək
# 10 mart 2015 07:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin aprel 24-də "Bakı Sığorta" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yığıncağın gündəliyinə 2014-cü il üzrə maliyyə hesabatlılığının təsdiqi və nizamnamə kapitalının artırılması daxildir.

Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 8,5 mln. manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR