Lənkəranda iki ailənin yaşadığı ev yanıb

Lənkəranda iki ailənin yaşadığı ev yanıb
# 11 aprel 2013 17:14 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 11-də Lənkəranda sayca ikinci güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə saat 18.00 radələrində şəhərin Mirzə Məhəmməd Axund küçəsində 1965-ci il təvəllüdlü Roman Hacıəli oğlu Heydərovla 1955-ci il təvəllüdlü Hamlet Baladadaş oğlu Əliyevə məxsus ümumi sahəsi 230 kv.m olan fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Yanğın nəticəsində evin bir aynabəndi, bir artırması və bir otağı içindəki əşyalarla birlikdə 53 kv.m sahədə, həmçinin dam örtüyü 50 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb. Hamlet Əliyevin ailəsinə məxsus yaşayış sahəsi isə yanğından tam mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR