Azərbaycan nümayəndə heyəti X Beynəlxalq Delfi Oyunlarında təmsil olunacaq

Azərbaycan nümayəndə heyəti X Beynəlxalq Delfi Oyunlarında təmsil olunacaq
# 30 aprel 2015 13:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mayın 1-dən 6-dək Rusiyanın Oryol şəhərində MDB iştirakçısı dövlətlərinin gənclər arasında X Beynəlxalq Delfi Oyunları keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqədə Azərbaycan 17 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.

Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, beynəlxalq və respublika müsabiqələrinin qalibləri Emil Əhmədzadə (fortepiano), Ləman Əsədova (skripka), Sevinc Quliyeva (təsviri incəsənət), Mustafa Kamal Eyyubov, Nicat Mənsimov (xalq çalğı alətləri), Rza Xosrovzadə (akademik ifaçılıq), Üzeyir Quliyev (estrada ifaçılığı), İrina Mehdiyeva, Ləman Hüseynova, Sevinc Əzizova (konsertmeyster) daxildirlər.

Oyunlar açıq xarakterli olduğu üçün tədbirdə otuzdan artıq ölkənin təmsil olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR