Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 02 may 2013 07:50 (UTC +04:00)

Bakı - APA-Economics. Mayın 2-3-də Bakı şəhərinin Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 4 saylı nasos stansiyasında təmir işləri aparılmasıdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR