Azərbaycan prezidenti Ukrayna müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Ukrayna müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 12 noyabr 2012 16:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Ukraynanın müdafiə naziri Dmitri Salamatınin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Ukrayna prezidentinin Azərbaycanla münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını deyən nazir ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən prezident İ. Əliyev ölkəmizin bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib. Dövlət başçısı ikitərəfli əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, bu səfərin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR