İyun ayında Azərbaycanın 4 220 998 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

İyun ayında Azərbaycanın 4 220 998 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 02 iyul 2015 08:38 (UTC +04:00)

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 22 605 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 487 minaaxtaran mütəxəssis, 116 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 291 404 465 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 712 877-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin iyun ayı ərzində iki mina/PHS hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR