Çexiya səfiri Gəncə və Goranboya səfər edəcək

Çexiya səfiri Gəncə və Goranboya səfər edəcək
# 09 aprel 2015 07:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Aprelin 9-10-da Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Gəncə və Goranboya səfər edəcək. Səfirlikdən APA-ya verilən məlumata görə, səfirin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq.

Səfir Goranboyda Çexiyada 1942-ci ildə baş vermiş Liditse soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin və küçənin olduğu Aşağı Ağcakənd qəsəbəsini də ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR