Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 43% artıb

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 43% artıb
# 24 aprel 2013 12:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfelinin həcmi 3,056 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur. Bu barədə «APA-Economics»ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankdan bildirilib ki, hesabat dövründə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,419 mlrd. manata bərabər olub, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəricini 43,2% üstələyir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR