Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik edib
# 27 oktyabr 2014 15:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Çex Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR